...

"YARAT" və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BACARART layihəsini davam etdirirlər

Mədəniyyət Materials 2 May 2014 12:13 (UTC +04:00)
Aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum olmuş uşaqların yaradıcı bacarıqların dəstəklənməsinə yönəlmiş BACARART layihəsi artıq hər il keçiriləcək.
"YARAT" və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BACARART layihəsini davam etdirirlər

Azərbaycan, Bakı, 2 may /Trend/

Aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum olmuş uşaqların yaradıcı bacarıqların dəstəklənməsinə yönəlmiş BACARART layihəsi artıq hər il keçiriləcək.

Trend-in məlumatına görə, layihə ilk dəfə "YARAT" qeyri-kommersiya təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2012-ci ilin payızında həyata keçirilib.

Layihənin əsas məqsədi Azərbaycan müxtəlif regionlardan olan istedadlı uşaqların yaradıcı potensialının daimi inkişafıdır. 2012-ci ilin oktyabr ayında layihədə Orxan Hüseynov, Fərid Rəsulov, Rəşad Ələkbərov, Faiq Əhməd, Cemma Səttar kimi tanınmış rəssamlar, habelə fotoqraflar Fəxriyyə Məmmədova, Sənan Ələsgərov və Sitarə İbrahimova iştirak ediblər.

Adıçəkilən incəsənət xadimlərinin rəhbərliyi altında BACARART layihəsinin gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və bədii fotoşəkil sənətinin əsaslarına yiyələnib.

Layihə məşğələləri ərzində yaradılan bütün işlər iri şirkətlər və diplomatik missiya nümayəndələrinin, ictimai və incəsənət xadimlərinin təşrif buyurduğu və Kempinski Badamdar hotelində təşkil olunmuş xeyriyyə gecəsində nümayiş olunub. Keçirilən tədbirdə nümayiş olunan hər bir eksponatın həqiqi dəyəri satıldığı dəyərdən dəfələrlə çox olan auksion təşkil olunub. Auksion sayəsində kiçik müəlliflər ömürlərində ilk dəfə olaraq ərsəyə gətirdiyi əsərlərin böyüklər və müvəffəqiyyət qazanmış insanlar tərəfindən tələb olunduğunu hiss edə bildilər. Auksion-sərgi onlara "YARAT" səviyyəli təşkilatların fəal iştirakı şərtilə uşaq yaradıcılığın inkişafında ciddi irəliləyişin baş verməsini dərk etməyə kömək edib. Layihə iştirakçıların çoxu o anda ilk dəfə olaraq gələcək həyatlarını incəsənət aləmiylə bağlamaq fikrinə gəldilər. Auksion satışların nəticəsində əldə olunan vəsaitlər BACARART layihəsi iştirakçıların ailələrinin dəstəklənməsinə sərf olunub.

Keçirilən ilk layihənin uğuru "YARAT" qeyri-kommersiya təşkilatını və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini əməkdaşlığın davam etdirilməsinə ruhlandırıb.

2014-cü ildə layihənin fəaliyyəti ölkənin 11 bölgəsini əhatə edəcək (Süvəlan, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam). Məşğələlərə 50 istedadlı uşaq və yeniyetmə cəlb olunacaq, müəllim vəzifələrini isə Ramal Kazımov, Vüsal Rəhim, Nəzrin Məmmədova, Sitarə İbrahimova, Fərhad Fərzəliyev və Rəza Xəzari kimi beş peşəkar rəssam icra edəcək.

Layihənin ikinci mərhələsində layihə iştirakçıları və müəllimlər tədris prosesini Azərbaycanın ecazkar guşələrin birində (Quba, Zaqatala, Nabran, Şəki) təşkil olunması nəzərdə tutulan yay art-məktəbində davam etdirəcək. Səfalı mənzərələr, şəhər təlaşından uzaqlıq və sərbəst ünsiyyət hesabına hər bir uşağa əta edilmiş potensialı maksimal dərəcədə aşkar etmək mümkündür.

2014-cü ilin noyabrında BMT-nin Uşaq Hüquqları Konvensiyasının yaranmasının 25 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdən biri də Layihə ərzində yaradılan əsərlərin yekun sərgisi olacaq. Sərgi iştirakçı uşaqların əksəriyyəti üçün yaradıcılıq debütu rolunu oynayacaq və onların təhsilini davam etdirmək və rəssamlıq fəaliyyətlərinin genişlənməsinə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti