Azərbaycan, Bakı, 28 may /Trend/
Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas mayın 28-də Heydər Əliyev Mərkəzində olub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, müğənni Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla, eyni zamanda "Azərbaycan inciləri: tarixin axarında" sərgisində Azərbaycanın qədim tarixi ilə tanış olub.
Patrisiya Kass daha sonra Mərkəzdə hazırda nümayiş olunan sərgiləri izləyib.
Müğənni, həmçinin məşhur fotoqraf Anri Kartier-Bressonun mayın 26-da açılan "Paris" adlı fərdi sərgisində olub.