Azərbaycan, Bakı, 30 may /Trend/
Mayın 31-də Heydər Əliyev Mərkəzində "From Tradition to Future. Azerbaijan Glamour" layihəsinin təqdimatı olacaq.
Mərkəzdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdiriləcək.
Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.
Renato Balestra layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırıb. Şərq koloritindən ilham alan modelyer Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq edib.
Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yatarmaqdır.
Heydər Əliyev Mərkəzində modelyer Renato Balestranın iştirakı ilə keçiriləcək moda nümayişində 40-dan çox geyim nümunəsi təqdim olunacaq. Dəfilədə tanınmış model İrina Şeyk də səhnəyə çıxacaq.