...

Varşavadakı ali məktəblərin kitabxanalarında Azərbaycan guşələri yaradılacaq

Mədəniyyət Materials 26 Sentyabr 2014 19:29 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyində polyak dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.
Varşavadakı ali məktəblərin kitabxanalarında Azərbaycan guşələri yaradılacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycanın Polşadakı səfirliyində polyak dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təqdimatda Varşava Universiteti, Polşa Elmlər Akademiyasının Ədəbi-Tədqiqat və İncəsənət institutları və Varşavadakı digər ali məktəblərin kitabxana bölmələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov səfirlik tərəfindən polyak dilində Azərbaycanın Dağlıq Qarabağ regionu, Azərbaycan eposları, Azərbaycan-Polşa əlaqələri, Azərbaycan mədəniyyəti və incəsənəti, Azərbaycan mətbəxi, Azərbaycan memarlığı və Azərbaycan folkloru başlıqlı seriyalarda nəşr etdirilmiş 27 adda kitab və 8 açıqca haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının qədim tarixinin, zəngin mədəniyyətinin polyaklara çatdırılması məqsədilə qeyd olunan layihə uğurla həyata keçirilir.

Tədbirin sonunda Varşavada yerləşən ali məktəblərin kitabxanalarında Azərbaycan guşələrinin yaradılması məqsədilə hər bir nümayəndəyə kitablar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti