Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış" müsabiqəsi keçirilib.
Müsabiqə Müdafiə Nazirliyinin 2014-cü tədris ilinin hazırlıq planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqəsinin keçirilməsində məqsəd hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirilməsi və hərbi qulluqçular tərəfindən ifa olunan hərbi vətənpərvərlik mahnılarının geniş təbliğ olunmasıdır.
Müsabiqədə daha aktiv içtirak edərək yüksək yer tutanlar "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.