...

Hüseyn xan Naxçıvanski haqqında film çəkilir

Mədəniyyət Materials 4 Fevral 2015 15:48 (UTC +04:00)
Hüseyn xan Naxçıvanski haqqında film çəkilir.
Hüseyn xan Naxçıvanski haqqında film çəkilir

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Hüseyn xan Naxçıvanski haqqında film çəkilir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyası tərəfindən çəkilən, Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılan filmdə arxiv materiallarından geniş istifadə olunub. Ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və keşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin səsləndirilməsi artıq başa çatıb və son tamamlama işləri aparılır.

Film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti