...

Azərbaycanda növbəti muğam müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 5 Fevral 2015 10:21 (UTC +04:00)
Azərbaycanda muğam ifaçıları arasında IV Respublika Muğam Müsabiqəsi keçiriləcək.
Azərbaycanda növbəti muğam müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda muğam ifaçıları arasında IV Respublika Muğam Müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Müsabiqənin keçirilməsində məqsəd istedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsidir.

IV Respublika muğam müsabiqəsi 2015-ci ilin fevral ayında Bakı şəhərində keçiriləcək. Qaliblər Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tərəfindən seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti