Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Tural Turan/
"Bu mənəm-2" layihəsinin artıq son səsyazma mərhələsindədir. Bu dəfə "Əziz vətən" duetinin müğənni Abdül Xalid və 9 yaşlı Günruh Cəfərzadə səsləndirirblər. Günruh eyni zamanda istedadlı rəssamdır. Vətənpərvər ruhda yazılan mahnının müəllifləri Bəbir və Ülviyyə Bəbirlidir. Sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.
Layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirli böyük finala hazırlaşır.
Xatırladaq ki, "Bu mənəm-2" layihəsinin məqsədi istedadlı uşaqlara dəstək olmaqdan ibarətdir. Layihənin özəlliyi ondan ibarətdir ki, bütün mahnılar layihə rəhbərli Bəbir və Ülviyyə Bəbirli tərəfindən yazılırNəzərdə tutulan albomunun fotosessiyası Cavid Səfərova məxsusdur. Uşaqlara dəstək olaraq layihədə yer alan müğənnilər arasında əməkdar artist Tüznalə Ağayeva, müğənnilər Eldar Qasımov, Samira Allahverdi,Lalə Məmmədova, Təranə Mahmudova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman var
Twitter: https://twitter.com/TURALTTTURAN