...

Gələn il Bolqarıstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Mədəniyyət Materials 21 May 2015 16:41 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova ilə görüşüb.
Gələn il Bolqarıstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Azərbaycan, Bakı, 21 may /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

M.Popova Forumdan sonra Qəbələ və Şəki rayonlarına səfər edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan Ə.Qarayev bildirib ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın daha inkişaf etdirilməsi hər iki tərəfin marağındadır. M.Popovanın Qəbələyə və Şəkiyə səfər etməsini, ölkəmizin turizm resursları və mədəni məkanları ilə tanış olmasını müsbət dəyərləndirib.

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın yüksək səviyyədə və geniş heyətlə təmsil olunmasından məmnunluğunu bildirən Ə.Qarayev tədbir çərçivəsində bu ölkənin mədəniyyət və turizm nazirləri ilə səmərəli görüşlər keçirdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və turizm sahəsində hər zaman sıx əməkdaşlıq olub və bu gün də davam edir. Bildirilib ki, Bakıdakı görüşlər zamanı müəyyən razılaşmalar əldə olunub. Bu ilin sonuna qədər Azərbaycanda Bolqarıstanın mədəniyyəti günləri, gələn il isə Bolqarıstanda Azərbaycanın mədəniyyəti günləri təşkil ediləcək. Eyni zamanda, iki ölkə arasında infoturların təşkili nəzərdə tutulur. Turizm şirkətlərinin əməkdaşlığı və turizm mübadiləsi məsələləri də diqqətə alınıb.

Ölkəmizdə gördüyü səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Bolqarıstanın vitse-prezidenti Azərbaycan bölgələrinə səfərindən zəngin təəssüratla qayıtdığını, Qəbələ və Şəkinin tarixi, mədəni məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduğunu deyib. O, Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib. Qeyd edib ki, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Azərbaycanın bu sahədə rolunu yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhə, əmin-amanlığa xidmət edir. Bu, həm də Azərbaycanın dünyada qədim tarixi köklərə malik bir ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır.

Vitse-prezident qeyd edib ki, Bolqarıstan hər zaman Azərbaycanla mədəni əlaqələrinin yüksək olmasında maraqlıdır və ümidvar olduğunu bildirib ki, iki ölkə arasında dostluq və əməkdaşlıq bundan sonra zaman davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti