...

Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” romanı işıq üzü görüb

Mədəniyyət Materials 27 May 2015 14:24 (UTC +04:00)
Bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb.
Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” romanı işıq üzü görüb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb.

Trend xəbər verir ki, bu, yazıçının qələmindən çıxan sayca 20-ci kitabdır. Ancaq bu kitab öz səpkisinə görə əvvəlkilərdən xeyli fərqlənir.

Yazıçı bu dəfə tamam fərqli bir üsluba müraciət edib. Yeni nəşrdən çıxan bu kitab psixoloji roman üslubunda, gerçək hadisələrdən ilhamlanaraq qələmə alınıb. Kitabın adı da qəribədir: "Bu şəhərdə kimsə yoxdur". Kitabın adı əsərin qəhrəmanının daxili aləmini əks etdirir. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir: "Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram".

Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir. Kitabı şəhərimizin kitab mağazalarından, böyük supermarket şəbəkələrindən və ya www.qedimqala.az saytından online olaraq əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti