...

Korlar üçün rəsm sərgisi (FOTO)

Mədəniyyət Materials 1 İyun 2015 23:00 (UTC +04:00)
İspaniyanın paytaxtı Madriddəki Pado muzeyi korlar üçün ilk rəsm sərgisinə başlayıb.
Korlar üçün rəsm sərgisi (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

İspaniyanın paytaxtı Madriddəki Pado muzeyi korlar üçün ilk rəsm sərgisinə başlayıb.

Trend-in məlumatına görə, burada dünyanın 6 ən məşhur incəsənət nümunəsi 3D formatında çap edilib. Oktyabrın 18-dək davam edəcək sərgi gözdən əlilləri incəsənət nümunələrinə toxunmağa və onları hiss etməyə çağırır.

Gözdən əlillər üçölçülü şəkillərə toxunmaqdan başqa sərgidə Brayl əlifbası ilə yazılmış materiallardan və audiobələdçilərdən istifadə edə bilərlər.

"Pradoya toxunuş"un təqdimatında muzey kolleksiyasında olan 53 əsər barədə audiotəsvirlər olan audiobələdçi xidməti də göstərilir.

Muzeydə aşağıdakı incəsənət nümunələri təqdim olunur:

1. Toxunulmaz

Korreco, 1525-ci il;
Kətan, yağlı boya, 130 х 103 sm

2. Vulkan dəmirçi emalatxanası

Dieqo Rodriqes de Silva Velaskes, 1630-cı il;
Kətan, yağlı boya, 223 х 290 sm

3. Çətir

Fransisko de Qoya, 1777-ci il;
Kətan, yağlı boya, 105 х 152 sm

4. Mona Liza (Cokonda)

Leonardo da Vinçi, 1503 - 1519-ci illər;
Panel üzərində qoz yağı, 76,3 х 57 sm

5. Əli sinəsində olan zadəgan

El Qreko, 1580-ci il;
Yağlı boya, 81,8 х 66,1 sm

6. Şirniyyat və şüşə qablı bodeqon

Juan Der Hamen Leon, 1627-ci il;
Kətan üzərində neft, 81 х 110 sm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti