...

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq

Mədəniyyət Materials 19 İyun 2015 18:21 (UTC +04:00)
Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq.
Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Afaq Abbasova-Budaqova iyunun 20-dən 27-dək Türkmənistanda TÜRKSOY-un xətti ilə keçiriləcək türkdilli ölkələrin incəsənət ustalarının konsertində iştirak edəcək.

Türk dünyasının ən məşhur vokal ustalarının çıxış edəcəyi konsertlər iyunun 23-də Marı, 25-də isə Türkmənabad şəhərində baş tutacaq.

A.Abbasova-Budaqova konsertlərdə Türkmənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin və Fikrət Əmirovun "Sevil" operasından Sevilin ariyalarını ifa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti