...

Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı film nümayişi keçirilib (FOTO)

Mədəniyyət Materials 19 Sentyabr 2015 14:09 (UTC +04:00)
Bakıda “Uzun ömrün akkordları: Üzeyir ömrü” filminin nümayişi keçirilib.
Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı film nümayişi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakıda "Uzun ömrün akkordları: Üzeyir ömrü" filminin nümayişi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, film Nizami Kino Mərkəzinin təşəbbüsü və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Milli Kinomatoqrafiyaya dəstək aksiyası çərçivəsində nümayiş olunub. Nizami Kino Mərkəzində nümayiş olunan Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından bəhs edən "Uzun ömrün akkordları: Üzeyir ömrü" filminə "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllülər baxıb.

Film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli filmlərdə gündəmə gətirilən tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağın daha da artırılmasıdır.

May ayında başlamış aksiyanın sentyabr ayının sonuna kimi davam etdirilməsi nəzərdə tutulur. Aksiya çərçivəsində "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxmaq imkanı əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti