...

Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət unudulmaz gecə yaşanıb

Mədəniyyət Materials 1 Mart 2016 14:53 (UTC +04:00)
Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət "Vətəndən pay olmayır" adlı konsert proqramı keçirilib.
Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət unudulmaz gecə yaşanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət "Vətəndən pay olmayır" adlı konsert proqramı keçirilib.

Trend-in məlumatına görə, respuklikanın Xalq artisti Mübariz Tağıyevin "Vətəndən pay olmayır" mahnısı ilə başlayan konsert proqramı, Xalq artisləri Gülyanaq Məmmədova, Heydər Anatollu, Əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət), populyar müğənnilər Şəhla Həmidova, Vüsalə Əsgərova, Rövşən Əziz və Xalq artist Rauf Babayevin rəhbərliyi ilə "Qaya" dövlət ansamblının Cabir Novruzun sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi ilə davam edib.

Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə "Dan Ulduzu" instrumental ansamblı və Asif Kərimovun rəhbərliyi ilə "Xaqan" instrumental ansamblı müşayət edib.

Konsert Cabir Novruzun öz səsi ilə yazılmış "Sağlığında qiymət verin insanlara" şeiri ilə başa çatıb.

Qeyd edək ki, Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti