...

Roza Zərgərlidən “Can Azərbaycan” fotolayihəsi (FOTO)

Mədəniyyət Materials 13 May 2016 15:27 (UTC +04:00)
Populyar azərbaycanlı müğənni Roza Zərgərli yaxın zamanlarda yeni “Can Azərbaycan” adlı fotolayihəyə imza atacaq.
Roza Zərgərlidən “Can Azərbaycan” fotolayihəsi (FOTO)

Bakı. Trend:

Populyar azərbaycanlı müğənni Roza Zərgərli yaxın zamanlarda yeni "Can Azərbaycan" adlı fotolayihəyə imza atacaq. Bunu Trend-ə açıqlamasında müğənni özü deyib: "Can Azərbaycan" ölkəmizin turizm potensialını artırmaq, Vətənimizin əsrarəngiz güşələrini dünyaya tanıtmaq məqsədi daşıyır. Biz hətta göyün yeddinci qatından Azərbaycanımız üzərində çəkilişlər aparacağıq. Artıq Bakının, Mingəçevirin, Gəncəmizin gəzməli, görməli yerlərində çəkilişlər olub. Layihədəki fotoşəkillərdən ibarət fotosərgi etməyi də planlaşdırırıq".

Roza Zərgərli layihənin artıq fevral ayından reallaşdığını bildirib.

Qeyd edək ki, layihə "BEN production" tərəfindən reallaşır. Komandaya fotoqraflar Sərxan Mustafayev, Araz Bağırov daxildir. Layihənin direktoru Anar Əliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti