...

Məşhurlar "Retro Bakı"da

Mədəniyyət Materials 15 İyul 2016 16:32 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yeni “Retro Bakı” layihəsinə start verilib.

İdarədən Trend-ə verilən məlumata görə, iyulun 9 və 10-da layihənin ilk konsertləri keçirilib. İki saata yaxın müddət ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.

16-17 iyul tarixlərində layihənin növbəti konsertləri keçiriləcək. Bu həftə “Retro Bakı”da məşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski tamaşaçıların görüşünə gələcək. Həmçinin müğənnilər Ülkər Quliyeva, Nihad Məlik, “Nabadi” gürcü folklor ansamblının, “Stage Forever” gitaraçalanlar və “Bakı” estrada qruplarının, "Səma" rəqs ansablının maraqlı çıxışları təqdim olunacaq.

Qeyd edək ki, layihə oktyabırın ortalarınadək davam edəcək. Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbin yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti