...

Məşhur rejissor Gənc Tamaşaçılar Teatrının qonağıdır

Mədəniyyət Materials 25 İyul 2016 20:52 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümü yekunlaşsa da, xarici ölkə teatrları ilə yaradıcılıq mübadilələri hələ də davam etməkdədir.
Məşhur rejissor Gənc Tamaşaçılar Teatrının qonağıdır

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümü yekunlaşsa da, xarici ölkə teatrları ilə yaradıcılıq mübadilələri hələ də davam etməkdədir.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kalmık Milli Dram Teatrının baş direktorundan sonra, bu dəfə Permdə fəaliyyət göstərən “U mosta” teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov teatrın qonağıdır.

S.Fedotov RF-in Əməkdar İncəsənət Xadimi, “Qızıl maska”, Çexiyanın Milli və Rusiya Federasiyasının Dövlət Mükafatları laureatı, Martin MakDonax Beynəlxalq Teatr Festivalının prezidentidir. Rusiyanın aparıcı teatrlarında, eləcə də bir sıra xarici ölkə teatrlarında onun quruluş verdiyi tamaşalar hazırda uğurla oynanılmaqdadır.

Bir neçə gün şəhərimizin və teatrın qonağı olan tanınmış teatr xadimi Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla görüşərək, bir sıra yaradıcılıq mübadilələri aparıb. Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarındakı tamaşalar, teatrın iştirak etdiyi beynəlxalq festivallar haqqında müzakirələr edən iki teatr rəhbəri daha sonra cari ilin sentyabr-oktyabr aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından da danışıblar. Teatr rəhbərləri festivalda iştirak edəcək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, digər ölkələr və onların təqdim edəcəkləri səhnə əsərlərini müzakirə ediblər. Söhbət zamanı məşhur rejissor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da bir əsərə məmnuniyyətlə quruluş verməyə hazır olduğunu bildirib.

S.Fedotov 2014-cü ildə iştirak etdiyi “III Beynəlxalq Bakı Teatr Konfransı”ndan maraqlı təəssüratlarla ayrıldığını və böyük məmnuniyyətlə cari ilin 5-6 noyabr tarixlərində keçiriləcək “IV Bakı Beynəlxalq Teatr Konfransı”nda iştirak edəcəyini də bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti