...

Qəbələdə IV beynəlxalq mürəbbə festivalı (FOTO)

Mədəniyyət Materials 27 Avqust 2016 13:49 (UTC +04:00)
Bu gün Qəbələdə IV beynəlxalq mürəbbə festivalı açılıb.
Qəbələdə IV beynəlxalq mürəbbə festivalı (FOTO)

Bakı. Trend:

Bu gün Qəbələdə IV beynəlxalq mürəbbə festivalı açılıb.

Trend bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda Azərbaycanın 29 şəhər və rayonu, eləcə də 10-dək xarici ölkə təmsil olunur.

Münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Son illər müxtəlif beynəlxalq mədəni tədbirlərə, festivallara ev sahibliyi edən Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə keçirilib.

Həmin festivalda respublikamızın 11, sonrakı il 20, 2015-ci ildə isə 30 şəhər və rayonundan, eləcə də beş xarici ölkədən şirniyyatçıların iştirak etməsi bu tədbirə marağın getdikcə artmasından xəbər verir. Ötən il keçirilən beynəlxalq festivalda Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları öz məhsullarını nümayiş etdiriblər. Xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına xidmət edən layihə bölgədə turizmin təşviqinə də töhfədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti