...

"Retro Bakı" layihəsi çərçivəsində konsertlər davam edir (FOTO)

Mədəniyyət Materials 29 Avqust 2016 14:03 (UTC +04:00)
Nurlan Əzizbəyli "Retro Bakı" layihəsində çıxış edib.
"Retro Bakı" layihəsi çərçivəsində konsertlər davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi çərçivəsində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

Bu həftə keçirilən konsertlərdə tanınmış müğənnilər Nurlan Əzizbəyli, Vüsal Hacıyev, Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları ilə oktyabırın ortalarınadək davam edəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti