...

"Retro Bakı" layihəsi davam edir (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2016 13:40 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkili məqsədini daşıyan “Retro Bakı” layihəsi çərçivəsində mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.
"Retro Bakı" layihəsi davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkili məqsədini daşıyan “Retro Bakı” layihəsi çərçivəsində mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

İdarədən Trend-ə verilən məlumata görə, bu həftə keçirilən konsertlərdə tanınmış müğənni Əminə Şirin və rəqqas İlham Kərimli, həmçinin gənc ifaçılar Ceyhun Əhmədov, Nizami Nikbin, Cəvahir Abdulova, Güzel Sabirova, Mehbarə Cəbiyeva, Esmira Qurbanova, Əhməd Əmirli və “Qismət” qrupu rəngarəng çıxışları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabırın ortalarınadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti