Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi Qurban bayramı ərəfəsində yenidən zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək.
İdarədən Trend-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 10-11 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftə “Retro Bakı”da tanınmış müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Rüfət Xəlil, Mircabbar Cabbarov, Orxan Babazadə və “Gilavar” qrupu iştirak edəcəklər.