...

Bakıda barmenlərin yarışması (FOTO)

Mədəniyyət Materials 23 Sentyabr 2016 14:50 (UTC +04:00)
Qalib Fransaya, mükafatçılar isə Rusiyaya gedir.
Bakıda barmenlərin yarışması (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

“Hyatt Regency Baku” hotelində “Monin Cup 2016 Azerbaijan” beynəlxalq peşəkar barmenlər müsabiqəsinin milli seçim turu keçirilib.

Trend-in məlumatına görə, müsabiqənin təşkilatçıları “Monin” (Fransa) ticarət markası, “Monin” məhsullarının Azərbaycana eksklüziv idxalçısı “Art-nishan” MMC şirkəti, Azərbaycan Barmenlər Assosiasiyasıdır.

Yarımfinalda 12 peşəkar barmen iştirak edib. Onlar münsiflər heyətinə öz müəllif kokteyllərini təqdim ediblər. Altı barmen finala çıxıb. Texniki və dequstasiya münsiflər heyətinin əsas seçim meyarı bar alətləri ilə peşəkar iş, təmiz iş yeri, dad, kokteylin ətri və xarici görünüşü olub.

Barmenlərin işini beynəlxalq münsiflər heyəti qiymətləndirib, münsiflər heyətinin tərkibinə “Monin” şirkətinin nümayəndələri və mütəxəssisləri daxil olub: Sergey Alekseyev (Ukrayna, 2014-cü ilin dünya çempionu), Anastasiya Sudak (Ukrayna), Nikita Sergeyev (Rusiya) və Fadi Aqil (İordaniya).

“Art-nishan” MMC şirkətinin rəhbəri, milli seçim turunun təşkilatçısı Anar Quliyev bildirib ki, dünya üzrə barmenlərə ilham verən “Monin” fransız şirkəti “Monin Cup” çempionatı keçirir, final mərhələsi dekabrın 5-də Fransada keçiriləcək: “Azərbaycanın ən yaxşı barmeni bütün dünyadan olan bu peşənin ən yaxşı nümayəndələri ilə kreativlik və ustalıq üzrə yarışmaq üçün Fransaya gedəcək. Cari çempionatın əsas özəlliyi ondan ibarətdir ki, burada 27 yaşınadək barmenlər iştirak edirlər. Bu onu göstərir ki, “Monin” şirkəti məhz gənc barmenlərin peşəkarlıqlarının artması üçün çalışır. Daim yeni təəssüratlar, tanışlıq və emosiyalar axtaran, daim xəyala qapılan və eksperiment aparan enerjili, yaradıcı və xeyirxah insanlar yeni reseptlər hazırlayırlar... Barmen peşəsini öz istedadı qismində seçənlərin əsas kontingenti məhz bunlardır”.

Milli seçim turu çərçivəsində Sergey Alekseyev ustad dərsləri keçib, o, uğurlarının və öz üslubunun yaradılmasının sirləri ilə bölüşüb.

S.Alekseyev bildirib: “Mən sizin gözəl Bakı şəhərinə ikinci dəfə gəlirəm və burada necə yaradıcı gənclərin, barmen sənətini öyrənmək və onun inkişafı üçün çox böyük potensialın olduğunu görürərm. Barmen peşəsi bütöv bir sənətdir, içkiləri yaxşı tanımaq, müxtəlif kokteyllərin tərkibini bilmək, qabları düzgün seçmək, sifarişi gözəl təqdim etməyi bacarmaq lazımdır. Uğurlu barmen olmaq üçün xoşagələn xarici görünüşün və peşə biliklərinin olması çox vacibdir, məsələn, kokteyllərin inqrediyentlərini və proporsiyalarını bilmək, yaxşı hafizə, süfrəni hazırlama biliyi, şou yaratmaq bacarığı, müştəriyə operativ xidmət etmək. Barmen, həmçinin yaxşı fiziki formaya malik olmalı və dözümlü olmalıdır, çünki iş daim hərəkətdə olmağı tələb edir, xüsusən də çox vaxt sutkanın gecə saatlarında. Və bu çox mühüm aspektdir, barmen təkcə peşə deyil, bu fəlsəfədir, onun əsasında müştərilərlə işin psixoloji aspektləri var. İnsanların çoxunun şüurunda barmen psixoloq kimi onları dinləyib anlayacaq şəxsdir. Məhz buna görə barmen peşəsinin əsas sirlərindən biri ilk növbədə insanlarla işləmək bacarığıdır. Hazırda bu və ya digər müəssisənin uğuru bahalı dizaynlara və ekzotik kulinar təamlara söykənmir. Onların əsas məğzi başgicəlləndirici tryuklar və müxtəlif içkilərdən tutmuş müəssisənin müştərilərinə diqqətli və nəzakətli münasibətədək geniş spektrli xidmətlər təklif edən peşəkar barmenlərdir”.

Finalçılara həlledici hissədə püşkatma ilə müəyyən edilərək meyvə, göyərti və içkilərin olduğu qara qutular təqdim edilib, yəni iştirakçılar bilmirdilər ki, onlar kokteyli nədən hazırlayacaqlar. Müsabiqənin şərtlərinə görə, finalçılar 30 dəqiqə ərzində kokteylin yeni reseptini ekspromt olaraq hazırlamalı və onun haqqında xüsusi blankda bəyan etməli, sonra isə 7 dəqiqə ərzində hazırlayaraq onu münsiflər heyətinə təqdim etməli idilər.

Qalib Vaqif Məmmədov olub, o, ölkəni Fransada təmsil edəcək, ikinci və üçüncü yerlərin sahibləri Rüfət Mehdiyev və Sergey Baxtin isə Rusiyaya “Monin” Akademiyasında təhsil almağa gedəcəklər. Çempionatın bütün iştirakçılarına diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Gənc barmenlər də müxtəlif nominasiyalarda xüsusi mükafatlara layiq görülüblər.

Azərbaycanda çempionat üçüncü dəfə keçirilib. “Monin Cup 2013 Azerbaijan” ölkəmizdə keçirilən beynəlxalq formatlı ilk peşəkar müsabiqə olub. 2014-ci ildə Fransada Azərbaycanı Darya Utyuqova (şef-barmen R & B café) təmsil edərək ilk iyirmiliyə daxil olub.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti