...

Ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək

Mədəniyyət Materials 14 Noyabr 2016 16:34 (UTC +04:00)
"Yeni Nəfəs-2" ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək.
Ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək

Bakı. Trend:

"Yeni Nəfəs-2" ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İttifaq “Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirəcək.

Seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

Seminarlar istedadlı gənclərin yaradıcılıq səviyyəsinin təkmilləşdirilməsinə təkan verəcək. Yaradıcı gənclər üçün seminarlar noyabr-dekabr aylarında Kinematoqrafçılar İttifaqında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti