...

Filarmoniya və Mədəniyyət kanalının birgə konserti keçiriləcək

Mədəniyyət Materials 2 Mart 2017 13:04 (UTC +04:00)
Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Filarmoniya və Mədəniyyət kanalı birgə konsert keçirəcək.
Filarmoniya və Mədəniyyət kanalının birgə konserti keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Martının 14-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Filarmoniya və Mədəniyyət kanalı birgə konsert keçirəcək.

Filarmoniyadan Trend-ə verilən məlumata görə, konsertdə bədii rəhbər və dirijor Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist - Səbuhi Cəfərovdur (tar).

Qeyd edək ki, proqramda Q.Qarayev, H.Xanməmmədov, R.Xorsakov, S.Ələsgərov, V.Adıgözəlov, O.Kazımi, N.Əliverdibəyovun əsərləri səslənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti