...

"WoWoman Cinematography" layihəsində iştirak üçün sənəd qəbulu (FOTO)

Mədəniyyət Materials 6 Mart 2017 21:03 (UTC +04:00)
"Wowoman" qadınlara ən çılğın və "imkansız" xəyallarını həyata keçirmək üçün şərait yaradan platformadır.
"WoWoman Cinematography" layihəsində iştirak üçün sənəd qəbulu (FOTO)

Bakı. Trend:

"Wowoman" qadınlara ən çılğın və "imkansız" xəyallarını həyata keçirmək üçün şərait yaradan platformadır.

Bu yolda aktiv işlərimizdən biri elan etməkdən məmnun olduğumuz Wowoman: Wowideo layihəsidir ki, kinematoqrafiyaya marağı olan xanımlara lazımi bacarıqlara yiyələnməsi üçün yaradılıb. Bizim şüarımız "Camera! Action! Non-Stop!" özü layihənin məzmunu haqqında anlayış yaradır - daim hərəkətdə olan kinematoqrafiya mühitində öyrəniləsi çox şey var və biz öz "Hollivud"umuzu yaradana qədər çalışacağıq.

Layihənin birinci hissəsi 7 interaktiv dərsdən və 3 günlük müstəqil seminardan obarət olaraq 10 Mart - 10 May 2017 tarixləri arasında Əhməd Muxtar, Mariya İbrahimova, Famil Mahmudbəyli kimi kino sahəsində peşəkarların təlimləri ilə yerinə yetiriləcək. Həm yerli, həm də beynəlxalq mühitdə məşhur olan digər film peşəkarlarının da bizim 2 ay davam edəcək təlimlərimizdə studio dərslər üçün istirakı gözlənilir. Dərslər İngilis və Azərbaycan dillərində keçiriləcək.

Bu kinematoqrafiya sahəsində karyeranıza başlanğıc üçün böyük fürsətdir!

Bu işdə Wowoman Mariya Ibrahimova tərəfindən ABS səfirliyinin dəstəyi ilə yaradılmış "Women in motion" layihəsi ilə əməkdaşlıq edir.

Biz inanırıq ki, bu təlimlər hər bir istirakçının ruhundakı kinematoqrafı oyadacaq və o öz qısa filminin çəkilişi üçün lazımi bilikləri əldə edəcək.
Qeydiyyat üçün son tarix 10 Mart 2017-ci ilə qədər uzadıldı. Ən yaxşı namizədlərin qəbul olunması üçün kriteriya maraqlı film ideyasının və bu sahədə irəliləmək üçün güclü motivasiyasının olmasıdır.

Əlavə məlumatı WoWoman:WoWideo facebook səhifəsi və WoWoman saytından əldə edə bilərsiniz.

Wowideo kinematoqrafiya məktəbinin nümayəndəsi olmağa bir addım olaraq bu formu doldurun:
https://docs.google.com/forms/d/e/1FAIpQLScBAGu9p70TFJA8LhIikmuiauuSqAWaWb85NjPc3Fyhph1eag/viewform?c=0&w=1

Biz inanırıq ki, o bu dunyanı möhtəşəm edə bilər!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti