Bakı. Trend:
Moskvada SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, görkəmli Türkmənistan kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley gecəsində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından X.Narlıyevi ittifaqın katibi, xalq artisti Oqtay Mirqasım təbrik edib.
Yubilyara Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından Qarabağ xalçası hədiyyə olunub.