...

Yılmaz Erdoğan Bakıda "Münaşaka" adlanan "stand up" şousunu təqdim edəcək

Mədəniyyət Materials 16 May 2017 20:39 (UTC +04:00)
Yılmaz Erdoğan tamaşaçılara gülməli və xoş anlar yaşadacaq.
Yılmaz Erdoğan Bakıda "Münaşaka" adlanan "stand up" şousunu təqdim edəcək

Bakı. Trend:

Yılmaz Erdoğan Türkiyənin məhşur aktyor, ssenarist və rejissoru Yılmaz Erdoğan 25 mayda "Boulevard Hotel Bakı"da "Münaşaka" (Tek kişilik oyun) adlanan "stand up şou"sunu təqdim edəcək.

Bir tərəfdən texnologiya və sosial mediaya dair güclü təsbitləri ilə, digər tərəfdən isə özünə aid tamaşaçılar tərəfindən verilən, onları maraqlandıran suallara verəcəyi cavablarla tamaşaçılara gülməli və xoş anlar yaşadacaq. Qeyd edək ki, Yılmaz Erdoğan öz "Münaşaka"sı ilə dünya səhnəsinə də çıxaraq minlərlə tamaşaçı rəğbətini qazanıb. Hal hazırda isə Türkiyənin müxtəlif şəhərlərində turnelərinə davam etməkdədir.

Təçkilatçı "SA ORGANİZATİON" artıq 17 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan şirkət bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Hollandiya və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Xəbər lenti

Xəbər lenti