...

Nizami Kino Mərkəzində “Milli Kino Günləri” davam edir

Mədəniyyət Materials 19 İyun 2017 19:32 (UTC +04:00)
“Milli Kino Günləri” layihəsinə daxil edilən filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir.
Nizami Kino Mərkəzində “Milli Kino Günləri” davam edir

Bakı. Trend:

“Milli Kino Günləri” layihəsinə daxil edilən filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir.

Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının dəstəyilə iyunun 14-də başlanan “Milli Kino Günləri” layihəsinə daxil olunmuş filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir.

Filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş edilir.

Şəhər sakinlərinə və şəhərimizin qonaqlarına nümayişdə olan filmlərin siyahısını, gün və seans saatlarını təqdim edirik:

21 iyun -----------“ İçərişəhər”

23 iyun ----------- “Qatil”

26 iyun ----------- “Xeyirlə şərin rəqsi”

28 iyun ----------- “Yaddaş”

30 iyun------------ “Nabat”

3 iyul -------------- “Niyyət”

5 iyul -------------- “Buta”

7 iyul -------------- “Yarımçıq xatirələr”

10 iyul ------------ “Axınla aşağı”

12 iyul ------------ “Dərs”

14 iyul ------------ “Qırmızı bağ”

Filmlərə giriş pulsuzdur

Filmlərin haqqında daha geniş informasiyanı Nizami Kino Mərkəzinin Məlumat mərkəzindən və Facebook səhifəsindən öyrənmək mümkündür. https://www.facebook.com/NizamiCinema?rf=482176415135559

Məqalədə:
Xəbər lenti

Xəbər lenti