...

"Retro Bakı" layihəsinə yenidən start verilib (FOTO)

Mədəniyyət Materials 17 İyul 2017 17:20 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində şəhər sakinlərinin həftə sonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib.
"Retro Bakı" layihəsinə yenidən start verilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində şəhər sakinlərinin həftə sonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib.

İdarədən Trend-ə verilən məlumata görə, ilk açılış konsertində tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, məhşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Gümüş, Tafur, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova və Mehman Tağıyev çıxışları ilə paytaxt sakinləri və şəhərin qonaqlarının könüllərini oxşayıblar.

Həmçinin, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim olunub, yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə paytaxt sakinləri və şəhərin qonaqlarının görüşünə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti