Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 21-22 iyul saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
İdarədən Trend-ə verilən məlumata görə, bu həftənin konsert proqramında tanınmış mügənnilər Elnarə Xəlilova və Roza Zərgərli maraqlı repertuarla paytaxt sakinləri və şəhərin qonaqlarının görşünə gələcək.
Azərbaycan retro musiqisini sevənləri həftə sonu maraqlı proqram gözləyir.