...

Fəvvarələr Meydanında bayram konserti olacaq (FOTO)

Mədəniyyət Materials 31 Avqust 2017 18:27 (UTC +04:00)
“Retro Bakı” layihəsinin növbəti konsertləri sentyabrın 1, 2-də, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Fəvvarələr Meydanında bayram konserti olacaq (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri sentyabrın 1, 2-də, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən Trend-ə verilən məlumata görə, Qurban bayramı ərəfəsində “Retro Bakı”da tanınmış müğənnilər xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov zəngin konsert proqramı ilə çıxış edəcəklər.

Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gozləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti