...

YARAT Emalatxanalarında "Açıq qapı günü" olacaq

Mədəniyyət Materials 22 Sentyabr 2017 16:18 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı sizi YARAT Emalatxanalarında "Açıq qapı günü" tədbirinə dəvət edir.
YARAT Emalatxanalarında "Açıq qapı günü" olacaq

Bakı. Trend:

YARAT Emalatxanaları bir günlük öz qapılarını ziyarətçilərin üzünə açacaq.

Trend-in məlumatına görə, burada çalışan yerli və beynəlxalq səviyyəli rəssamlar, qonaqlara öz əsərlərini təqdim etmək, onlara seminarlarda iştirak və hər kəslə öz biliklərini bölüşmək üçün hamını bu tədbirə qatılmağa dəvət edirlər. Böyük sənətçilər ailəsi ilə möhtəşəm incəsənət gününü siz də yaşayın və dizayn, qrafika, fotoqrafiya, elektron musiqi və arxitektura daxil olmaqla, müxtəlif daşıyıcılarda təqdim edilən əsərlərdən ilhamlanın. Öz yollarını peşəkar incəsənət dünyasında axtaran gənc istedadları dəstəkləmək üçün, ARTIM LAB layihəsi haqqında müzakirələrlə yanaşı, əlavə məlumatlar, həmçinin rəssamların incəsənət proqramlarında uğurlu iştirakını istiqamətləndirən əsərlərin nümunələri təqdim ediləcək.

Müzakirələr və seminarlar:

Tədbirdə həmçinin Nika Kvataladzenin (Gürcüstan) "Post sovet məkanında memarlıq" seminarı, Maykl Hirşbixlerin (Avstriya) "Portfolio və incəsənət nəşri" seminarı, Fərhad Fərzəliyevin "Elektron musiqi" seminarı, rəssam Rəşad Ələkbərov ilə görüş, Aqil Tahirlinin "Fotoqrafiya" seminarı, Etibar İsmayılovun "Küləklə sovrulanlar" seminarı, Aydan Mirzəyevanın "ARTIM Lab" müzakirəsi, Şahnaz Ağayevanın "Qrafika" seminarı, Şeyla Salamzadənin "Dizayn" seminarı təqdim ediləcək.

Daha ətraflı məlumat üçün: www.yarat.az; (012) 505 1414

Tarix: şənbə, 30 sentyabr
Vaxt: 12:00 – 18:00
Ünvan: YARAT Emalatxanaları, Bakı, Akademik Həsən Əliyev küçəsi, 1061
Giriş sərbəstdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti