...

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb (FOTO)

Mədəniyyət Materials 23 Sentyabr 2017 17:41 (UTC +04:00)

Bakı. Trend:

Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb.

Teatrdan Trend-ə verilən məlumata görə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik teatrın insanların həyatındakı rolundan, yeni mövsümdə gözlənilən yeniliklərdən danışıblar. Qeyd olunub ki, növbəti mövsümdə Akademik Milli Dram Teatrının kollektivi tamaşaçılarını yeni və bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcək.

Daha sonra səhnə əsəri nümayiş olunub. Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti