...

Tanınmış opera müğənnisi Adil Məlikovun xatirəsinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Oktyabr 2017 20:11 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində tanınmış opera müğənnisi Adil Məlikovun xatirəsinə həsr olunmuş konsert keçirilib.
Tanınmış opera müğənnisi Adil Məlikovun xatirəsinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində tanınmış opera müğənnisi Adil Məlikovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət Kanalının birgə layihəsi çərçivəsində sentyabrın tanınmış opera ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçirilib.

Adil Məlikov 1933-cü ildə anadan olub. 1965-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti kimi çalışıb. Adil Məlikov Ü.Hacıbəylinin “Koroğlu”, ”Leyli və Məcnun”, ”Əsli və Kərəm”, Ş.Axundovanın “Gəlin qayası” və “Xanəndənin taleyi” operalarında müxtəlif rolları yüksək məharətlə ifa edib.

Adil Məlikov lirik dramatik tenor səsə malik idi.

Adil Məlikov təkcə operalarda müxtəlif rolları ifa etməklə kifayətlənməmiş, muğam, təsnif və xalq mahnılarınıda ifa etmişdi. O, “Cahargah”muğamını xüsusi məharətlə oxumuşdu.

Konsertdə əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Opera və Balet teatrının quruluşçu rejissoru Hafiz Quliyev çıxış edib.

Konsertdə xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Zenfira İsmayilova, İlahə Əfəndiyeva, Gülnaz İsmayilova, Fərid Əliyev, Səbinə Vahabzadə, Afaq Abbasova, Anton Ferştandt, Səidə Şərifəliyeva, Əliəhməd İbrahimov, İnarə Babayeva, Nərgiz Kərimova, Cahangir Qurbanov, ifaçılar Taleh Yəhyayev və Nina Makarova tərəfindən Ü.Hacıbəylinin, M.Maqomayevin, F.Əmirovun, bir sıra dünya klassik bəstəkarları Cüzeppe Verdinin, Jorj Bizenin, Cokoma Puçininin, Antonin Dvorjokun Reynqold Qliyerin Pietro Maskanin operalarından ariyalar ifa olunub.

Qeyd edək ki, klassik musiqi sevərlər oktyabrın 17-də Mədəniyyət kanalının təçkilatçılığı Beynəlxalq Muğam Məkəzinin dəstəyi ilə keçirilən “yeni romaslar” müsabiqəsinin final konsertinə dəvətlidirlər. Gecədə müsabiqədə qalib gələn romanslar səslənək.

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı layihəsinin növbəti konserti 1 noyabr saat 19:00 da keçiriləcək. Gecədə Orta-Mahur və Rahab muğamları səslənəcək. Biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti