...

BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində (FOTO)

Mədəniyyət Materials 14 Mart 2018 15:46 (UTC +04:00)
Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi "Barış körpüsü" adlı kitabı nəşr olunub.
BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universiteti (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi "Barış körpüsü" adlı kitabı nəşr olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, müəllifin "Barış körpüsü" adlı kitabında ünlü türk sənətçisi Barış Mançonun Azərbaycanda olarkən bir çox görüşləri, müsahibələri, nadir fotoşəkilləri və digər maraqlı xatirələri yer alıb.

Martın 8-də iki günlük İstanbula işgüzar səfərə gedən Etibar Babayev Barış Mançonun ev muzeyini ziyarət edib. O, dəfələrlə qonaq olduğu, çəkilişlər apardığı bu malikanəyə əliboş getməyib. "Barış körpüsü" kitabının ilk nüsxəsini muzeyə hədiyyə verib.

Olay Türkiyənin HALK (http://www.hedefhalk.com/baris-manconun-anilarinin-anlatildigi-baris-koprusu-kitabi-cikti-1351191h.htm), AĞRIDA HABER (https://www.agridahaber.com/kultur-sanat/baris-mancoyla-anilarindan-baris-koprusu-yapti-h98517.html), GÜNCEL http://www.mynet.com/haber/guncel/baris-manconun-anilarinin-anlatildigi-baris-koprusu-kitabi-cikti-3850488-1) və digər xəbər portallarında gündəmi tutub.

Xəbərlərdə Azərbaycan jurnalisti Etibar Babayevin Barış Manço haqqında yazdığı kitabla yanaşı, eyni zamanda müəllifin dostu barədə dəyərli fikirlərinə də geniş yer ayrılıb. Etibar Babayev: "Barışın dönəmində Türkiyədə Avropa ilə Asiyanı birləşdirən iki körpü vardı; birincisi Boğaziçi körpüsü, ikincisi isə Fatih Sultan Mehmet körpüsü. Bir dənə də canlı körpü vardı; Türkiyəni bütün dünya ilə birləşdirən Barış Manço körpüsü" - deyə, bütün Türk dünyasının məşhur sənətçisinin böyüklüyünü özünəməxsus şəkildə ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti