Bakı. Trend:
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı tarixi "Hündür gümbəzli hamam"ın açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, hamamın bərpası ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilib.
XIX əsrin əvvəlində tikilən və yeni bərpa olunan hamamın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.
Hamam ən erkən zamanlarda Azərbaycanda bişmiş qırmızı kərpicdən istifadə olunmasının sübutudur.
Hamam ictimaiyyət üçün açıq olacaq, eləcə də turizm, yerli sənətkarlığın inkişafı məqsədilə istifadə ediləcək.