...

Üçüncü Buktreyler Festivalının qala gecəsinin vaxtı açıqlanıb

Mədəniyyət Materials 23 Aprel 2018 22:35 (UTC +04:00)
Qaliblərin adları Qala Gecəsində 2 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi mükafatlandırma mərasimində elan olunacaq.
Üçüncü Buktreyler Festivalının qala gecəsinin vaxtı açıqlanıb

Bakı. Trend:

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Trend-in məlumatına görə, münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsini başa vurub və Təşkilat Komitəsi səslərin hesablanmasına başlayıb. Qaliblərin adları Qala Gecəsində 2 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi mükafatlandırma mərasimində elan olunacaq.

Xatırladaq ki, festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilmişdir (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq) və Münsiflər Heyətinin üzvləri hansı buktreylerlərin qalib olacağından xəbərsizdir.

1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları və tərəfdaşlarımızdan hədiyyələr gözləyir.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti