...

“Avroviziya-2018” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinin qalibləri müəyyənləşib (FOTO)

Mədəniyyət Materials 11 May 2018 02:17 (UTC +04:00)
Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena"da "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib
“Avroviziya-2018” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinin qalibləri  müəyyənləşib (FOTO)

Bakı. Trend:

Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena"da "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Trend-in məlumatına görə, ikinci yarımfinalda çıxışların ardıcıllığı belə olub: Norveç, Rumıniya, Serbiya, San-Marino, Danimarka, Rusiya, Moldova, Niderland, Avstraliya, Gürcüstan, Polşa, Malta, Macarıstan, Latviya, İsveçrə, Monteneqro, Sloveniya və Ukrayna.

Finala vəsiqə qazandılar: Serbiiya, Moldova, Macarıstan, Ukrayna, İsveçrə, Danimarka, Avstraliya, Norveç, Sloveniya, Niderland.

Xatırladaq ki, ilk yarımfinalda finala bu ölkələr vəsiqə qazanıb: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya.

Qeyd edək ki, Portuqaliya "Avroviziya-2018" mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu Kiyevdə keçirilən "Avroviziya-2017"də qalib gələrək əldə edib.

Müsabiqədə 43 ölkə iştirak edir. Onlardan 37-si yarımfinallarda mübarizə aparacaq. Final isə mayın 12-si baş tutacaq.

Xəbər lenti

Xəbər lenti