...

Gözdən əlil uşaqlar üçün konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 19 May 2018 01:51 (UTC +04:00)
Gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbi “28 may- Respublika Günü”nə həsr olunmuş hesabat konserti keçirilib.
Gözdən əlil uşaqlar üçün konsert keçirilib (FOTO)

Bakı. Trend:

Gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbi “28 May- Respublika Günü”nə həsr olunmuş hesabat konserti keçirilib.

Trend-in məlumatına görə, öncə məktəbin müəllimi Məlikova Günel giriş sözü ilə çıxış edərək gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin 2017-2018-ci tədris ilini uğurla başa vurmasından, bu musiqi ocağının istedadlı şagirdlərinin bir çox Respublika və Beynəlxalq Müsabiqələrdə istirakından, uğur və nailiyyətlərdən danışıb.

Konsertdə məktəbin istedadlı şagirdləri rəngarəng nömrələrlə çıxış ediblər.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin müəllim və şagirdlərini təbrik edib, onlara gələcək fəaliyyətlərinə uğurlar arzulayıb və kollektivin ən fəal üzvlərini Fəxri Fərmanlarla təltif edib.

Qeyd edək ki, gözdən əlil uşaqlar üçün 38 nömrəli 11- illik musiqi məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 191 şagird müxtəlif ixtisaslar üzrə musiqi təhsili alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti