...

Nyu-Yorkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 20 İyun 2018 18:29 (UTC +04:00)
Nyu-Yorkda, Linkoln Mərkəzinin Bruno Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Nyu-Yorkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Nyu-Yorkda, Linkoln Mərkəzinin Bruno Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsert məşhur pianoçu, Azərbaycanın Əməkdar Artisti, professor Nərgiz Əliyarovanın yaradıcısı və prezidenti olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilib.

Cəmiyyətin keçirdiyi bu tədbirin məqsədi müxtəlif xalqların musiqisini təbliğ etməkdir. N.Əliyarova deyib: “Mən çox şadam ki, bizim ilk layihəmiz Azərbaycan musiqisinə həsr edilib. Məqsədimiz musiqimizin çoxşaxəli və unikal olmasını nümayiş etdirməkdir. Konsertdə təkcə Azərbaycanın deyil, müxtəlif ölkələrin musiqi xadimləri də iştirak edirlər. Onlar milli musiqini və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirirlər”.

Konsertdə məşhur caz pianoçusu Əminə Fiqarova, tar və kamança ifaçısı Cefri Verbok, fleytaçı Bart Platto, çox gözəl bariton səsə malik Naycel Smit, skripkaçı Azər Dəmirov, pianoçu Vivyen Fanq Lyu və Nərgiz Əliyarova çıxış ediblər.

Konsertin tamaşaçıları sırasında Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti