...

Kitabxana direktorları dəyişib

Mədəniyyət Materials 2 İyul 2018 20:48 (UTC +04:00)
Baş İdarənin şəbəkəsinə daxil olan kitabxanalarda kadr dəyişikləri edilib.
Kitabxana direktorları dəyişib

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə kitabxananın rəhbərliyində yerdəyişmələr olub.

İdarədən Trend-ə verilən məlumata görə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (M.Ş.Vazeh adına kütləvi kitabxana) direktoru Vəfa Ramiz qızı Qulieva işdən azad olunaraq Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (M.Müşfiq adına kütləvi kitabxana) direktor, Lətifə Adil qızı Məmmədova isə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə direktor vəzifələrinə təyin olunublar.

İdarənin digər əmrinə əsasən Elmara Qəzənfər qızı Məcidova Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filianın direktoru vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti