...

“Rembo” yenidən qayıdır

Mədəniyyət Materials 11 Sentyabr 2018 08:55 (UTC +04:00)
Amerikalı aktyor Silvestr Stallone Vyetnam müharibəsinin veteranı Con Rembo haqqında 5-ci filmə çəkiləcək.
“Rembo” yenidən qayıdır

Bakı. Tural Turan - Trend:

Amerikalı aktyor Silvestr Stallone Vyetnam müharibəsinin veteranı Con Rembo haqqında 5-ci filmə çəkiləcək.

Trend-in məlumatına görə, aktyor bu barədə İnstaqram səhifəsində yazıb:

“Tezliklə başlayıram və çox həyəcanlıyam... Dünya dəyişsə də, o dəyişmir. Heç nə qurtarmayıb!”.

Çəkiliş bu aydan başlayacaq. “Rembo”nun beşinci hissəsində baş qəhrəman Meksikaya gedəcək və hadisələr orada cərəyan edəcək.

Qeyd edək ki, “Rembo: Birinci qan” filmi ilk dəfə 1982-ci ildə işıq üzü görüb. Daha sonra isə 1985, 1988 və 2008-ci illərdə filmin növbəti hissələri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti