...

Bakı gecəsində Rauf Hacıyevin nostalji payız ritmləri (FOTO, VİDEO)

Mədəniyyət Materials 5 Oktyabr 2018 21:14 (UTC +04:00)
SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert olub.
Bakı gecəsində Rauf Hacıyevin nostalji payız ritmləri (FOTO, VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı ilə SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert olub.

Trend-in məlumatına görə, gecəni giriş sözü ilə açan Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov Rauf Hacıyevin Azərbaycan musiqisində bir hadisə olduğunu qeyd edib:

“Azərbaycan estrada musiqisini Rauf Hacıyevsiz təsəvvür etmək mümükün deyil. Və bu gün onun səhnə, ekran əsərlərini, simfonik musiqisini, mahılarını dinləyərkən düşünürsən ki, bu əsərlər hamişə yaşayandır, köhnəlməyəndi, seviləndi, sabahın, gələcəyindi. Çünki o musiqinin mayasında vətənini, torpağını sevən bir sənətkarın ürəyi döyünür. Rauf Hacıyevin nəğmələri Bakının, Azərbaycanın rəmzi olan nəğmələrdir, onlarad gənclik ovqatı, sabah ruhu hər an çırpınmaqdadır. Və onlar hər zaman yeni nəsillər tərəfindən seviləcək, yaşayacaq, yaradanını yaşadacaq. Rauf Hacıyev bir bəstəkar olmaqla yanaşı ictimai xadim kimi də Azərbaycanın Mədəniyyət naziri olduğu müddət ərzində bir çox mühüm əhəmiyyətə malik işlər görmüşdür. Hər zaman dövlətə, xalqa sədaqətlə xidmət edən bəstəkarın bu fəaliyyəti yüksək dəyrləndirilib”.

Anşlaqla keçən konsertdə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri (dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov), Tofiq Əhmədov adına estrada simfonik orkestri, və bədii rəhbəri Xalq Artisti Ənvər Sadıxov olan “Qaytağı” ansamblının müşayiəti ilə Xalq Artistləri Mübariz Tağıyev, Azər Zeynalov, Natəvan Şeyxova, Gülnaz İsmayılova, Samir Cəfərov, İlham Namiq Kamal, Əməkdar artistlər Anar Şuşalı, Teymur Əmrah, İlahə Əfəndiyeva, İnarə Babayeva, Nərgiz Kərimova, Afaq Abbasova, Səbinə Babyeva, tanınmış müğənnilər Taleh Yəhyayev, Fuad Musayev, Nicat Cəfərzadə, Aynur İsgəndərli, Aqşin Abdullayev, Nərmin Kərimbəyova, Tofiq Hacıyev, Orxan Cəlilov və “Qaya”Dövlət Vokal Ansamblı, Dövlət Rəqs Ansamblı, Azərbaycan Televiziya və Radiosunun “Sevil”vokal ansamblı, “Bənövşə” uşaq xoru, “Təbəssüm” rəqs qrupu iştirak edirdi.

Quruluşçu rejissoru Rövnəq Həsənzadə, ssenari müəllifi Dilşad Tahir qızı, musiqi redaktoru Nadir Axundov, redaktoru Aynurə Hacıyeva, aparıcı Ayşən Şakir qızı olan gecədə bəstəkarın çox sevilən “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran”, “Saçlarına gül düzüm” və digər mahnıları səsləndi. Gecə bütün ifaçıalrın səhnədə “Azərbaycan” mahnısını ifası ilə başa çatdı. Tamaşaçıların yüksək zövq aldıqları konsert alqışlarla başa çatdı. Bu alqışlar həm də əbədiyaşar sənətkarın ruhuna dərin ehtiramın ifadəsi idi.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti