Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət evində 5 oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram konserti keçirilib.
Trend-in məlumatına görə, konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları, müəllimlər və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə aparıcı Humay Muxtarova Beynəlxalq Müəllimlər gününün yaranması barədə və bu münasibətilə bütün müəllimləri təbrik edib. Sonra tanınmış estrada müğənnisi Niyam Salami öz repertuarından ən çox sevilən mahnıları ilə tamaşaçıların könüllərini oxşayıb.
Həmçinin konsertdə müğənni Rahidə Baxışova da çıxış edib. Sonda iştirakçılara fəxri fərmanlar təqdim edilib.