Bakı. Trend:
Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük film mərkəzi olan "Forum Cinemas Vingis" kinoteatrında “Əli və Nino” filminin nümayişi olub.
Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, film Litva dilinə tərcümə edilərək subtitrlərlə nümayiş etdirilib.
Tədbirdə Litva dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan xarici ölkə səfirləri və diplomatları, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, soydaşlarımız, Litva universitetlərində təhsil alan gənclər iştirak ediblər.
Filmdən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.