...

Bakıda makiaj, saç düzümü və paltar üzrə beynəlxalq müsabiqə keçiriləcək (FOTO)

Mədəniyyət Materials 26 Dekabr 2018 01:41 (UTC +04:00)
Dünya gözəllik konqresi gələn il 10 fevralda Bakıda makiaj və saç düzümü, həmçinin paltar üzrə dünya çempionatı keçirmək qərarındadır.
Bakıda makiaj, saç düzümü və paltar üzrə beynəlxalq müsabiqə keçiriləcək (FOTO)

Bakı. Trend:

Dünya gözəllik konqresi gələn il 10 fevralda Bakıda makiaj və saç düzümü, həmçinin paltar üzrə dünya çempionatı keçirmək qərarındadır.

Trend-in məlumatına görə, bu qərara başlıca səbəblərdən biri Azərbaycan tərəfindən çox sayda ölkə üçün tətbiq edilən sadələşdirilmiş viza rejimidir. Daha əvvəl çempionat Xorvatiya, Rumıniya, Serbiya və keçən il Dubayda keçirilib.

Dünyanın aparıcı stilistləri və moda dizaynerləri Bakıya toplaşacaq, həmçinin Bakıda mətbuat konfransında, Dünya Konqresinin Qitə Direktorlar Şurasında yeni böyük layihələr elan ediləcək.

Qeyd edək ki, Meksika, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Xorvatiya, ABŞ, Rumıniya, Azərbaycan, Macarıstan, İsrail, Serbiya, Hindistan, Sloveniya, Qazaxıstan, Moldova, Qırğızıstan və Zambiya milli komandaları kvalifikasiyadan keçib. Asiya, Cənubi Amerika və Avropa ölkələrində kvalifikasiya dərəcəsi yanvarın 22-dək davam edəcək.

Dünya Gözəllik Konqresinin prezidenti və Azərbaycan Moda Assosiasiyasının baş direktoru deyib: "Dünya çempionatı və Dünya paltarları Azərbaycanda turizm üçün böyük bir reklamdır, çünki aparıcı stilistlər və moda dizaynerləri sosial şəbəkələrdə çox sayda abonentə sahibdirlər. Bundan əlavə, demək olar ki, hamısı öz ölkələrinin televiziya kanalları ilə əməkdaşlıq edir və artıq onların ölkələrində şou və televiziya proqramları ilə tanış olmaq üçün dəvət olunublar. Həm də bir neçə ölkədən televiziya kanalları gəlir. Bir çox ölkələr öz modellərini gətirirlər, belə ki, nümayişdə əksəriyyət xarici modellərdən ibarət olacaq. Dünya Paltarı podiumunda Azərbaycandan kastinqdə secilən beş model qatılacaq.
Həmçinin dekabrın 15-dən başlayaraq, Azərbaycan Milli Komandasının makiaj sənətçilərindən, bərbərlərdən və moda dizaynerlərindən ibarət komanda toplanacaq.

Bir neçə həftə ərzində Azərbaycanda görkəmli incəsənət xadimləri və biznesmenləri təşkil edəcək bir təşkilat komitəsi yaradılacaq.
Təşkilat komitəsinin tərkibi bir neçə həftə ərzində açıqlanacaq".

Müsabiqə "Baku Boulevard Hotel Autograph Collection"da keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti