...

“Azərbaycantelefilm” yeni layihələrə start verir

Mədəniyyət Materials 11 Aprel 2019 19:59 (UTC +04:00)
Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir
“Azərbaycantelefilm” yeni layihələrə start verir

Bakı. Trend:

“Azərbaycantelefilm” yeni layihələrə start verir.

Telefilmin yeni təyin olunmuş direktoru rejissor Ramiz Həsənoğlu Trend-ə bildirib ki, Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir:

“Yeni ildə, Novruzda əvvəlki illərdə olduğu kimi, yeni tamaşa və verilişlərlə efiri təzələmək fikrindəyik. Elçin Əfəndiyevin “Gül dedi bülbülə” hekayəsinin televiziya tamaşasını hazırlamağı planlaşdırırıq. Məzəli hekayədir, Elçin müəllim ona bir az yeni il motivləri də qatacaq”. Tamaşa üzərində Ramiz Həsənoğlu ilə Şərif Qurbanəliyev birlikdə işləyəcəklər. “Çiyin-çiyinə görülən iş daha maraqlı və effektli olur” .

Bundan başqa Şərif Qurbanəliyevin baş redaktor təyin edildiyi “Sabah” Yaradıcılıq studiyasında Dilsuzun “Mobil telefon” hekayəsi əsasında daha bir tamaşa da hazırlanacaq. Ramiz Həsənoğlu tamaşanın prodüsseridir.

Prodüsserin dediyinə görə bu, fantastik komediya janrında tamaşa olacaq: “Hər iki tamaşada rol alacaq aktyorlar, , rejissorun ürəyindən tamaşaçının qəlbindən keçən aktyorlar olacaq. Yəni Afaq xanım və Cahangir Novruzov kimi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti