...

Beynəlxalq Muğam Mərkəzinin “Muğam dünyasına səyahət” layihəsi Buzovna sakinlərinə təqdim edilib (FOTO)

Mədəniyyət Materials 28 Avqust 2019 15:21 (UTC +04:00)
"Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının növbəti tədbiri avqustun 25-d Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində keçirilib.
Beynəlxalq Muğam Mərkəzinin “Muğam dünyasına səyahət” layihəsi Buzovna sakinlərinə təqdim edilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin (BMM) təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının növbəti tədbiri avqustun 25-d Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirdə bildirilib ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü günü kimi qeyd olunur. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.
Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə layihəsinin məhz bu gün ərəfəsində qəsəbə sakinləri ilə görüşə gəlməsi heç də təsadüfi deyil. Muğama dəyər verən qəsəbə ağsaqqalları, ziyalılar bu gün Muğam müsabiqələrinin laureatlarının bir- birindən maraqlı ifalarını dinləyəcəklər. Daha sonra maraqlı repertuardan ibarət konsert təqdim edildi. Konsert proqramında sevilən gənc xanəndələr xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramla qəsəbə sakinlərinin qarşısında çıxış ediblər. Bu dəfə Buzovna sakinləri qarşısında tarzən Əli Əliyev və kamança ifaçısı Abbas Əliyevin müşayiəti ilə xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Məhəbbət Səfərov çıxış edib. Xanəndələrin ifasında təqdim edilən "Segah", "Mahur", "Şur" muğamları, təsniflər, darəməd və rənglər tamaşaçılar tərəindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, iyul ayından start götürən layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərinin milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.

Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında ötən ay Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan "Caspian etüd" Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin önəmli istiqaməti kimi davam etdirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti