...

“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl möhtəşəm şou (VİDEO)

Mədəniyyət Materials 18 Dekabr 2019 19:21 (UTC +04:00)
“Ulduz Müharibələri: Skayuolker yüksəlişi” – son kosmik hekayəsindən öncə böyük şou olacaq.
“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl möhtəşəm şou (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında 20 dekabr 20:15-də hər kəsin uşaqlıqdan bəri sevdiyi “Ulduz Müharibələri: Skayuolker yüksəlişi” – son kosmik hekayəsindən öncə böyük şou olacaq.

Trend-in məlumatına görə, filmin rejissoru Cey Cey Abramsdır. Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill var.

Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanınılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab verməyi vəd edir. Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir.

Biletləri 8 manata kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından:

www.cinemaplus.az

mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

İOS

Android

həmçinin, 012 499 89 88 nömrəsi ilə və 119 qaynar xətti ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti