...

Elnarə “Qarabağ atları”na mahnı həsr etdi (FOTO/VİDEO)

Mədəniyyət Materials 27 Dekabr 2019 09:42 (UTC +04:00)
Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib.
Elnarə “Qarabağ atları”na mahnı həsr etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib. “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur.

Trend-in məlumatına görə, klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansamblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyilə “Sərhədçi” studiyası tərəfindən ekranlaşdırılıb.

“Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.

Klipin çəkilişlər Binə Atçılıq Mərkəzində aparılıb. Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən çıxışlarından olan videomateriallardan da istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti